Təlimin keçirildiyi ərazilər Aşura Regional Qərargahının məsuliyyəti altında olub.
Yüngül və ağır silahlar, xüsusi təyinatlıların snayper bacarıqlarının nümayişi, dağıntı və partlayış əməliyyatlarının icrası, dəstək atəşi bu təlimin tərkib hissəsi olub.
“Eyni vaxtlı təlim”in əsas məqsədi sərhəd təhlükəsizliyini gücləndirmək olub və bu təlim regionda davamlı sülhə uyğun həyata keçirilib. SEPAH Quru Qoşunları Əməliyyatları komandanının müavini, general-mayor Vəliyullah Mədəni təlimə rəhbərlik edib.
İran İslam Respublikasının prioriteti bütün qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməkdir
Silahlı Qüvvələrin Baş Qərargahının ali nümayəndəsi, briqada generalı Seyid Mürteza Mirian İran İslam Respublikası və Ermənistan arasında eyni vaxtda keçirilən sülh təlimləri çərçivəsində deyib: “Baş Qərargahın strategiyasında aydın olduğu kimi, bütün ölkələrlə dostluq münasibətləri və bütün qonşu ölkələrin ərazi bütövlüyünə hörmət İran İslam Respublikasının müqəddəs quruluşunun prioritetləridir.”
Silahlı Qüvvələrin Baş Qərargahının ali nümayəndəsi İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının tam hazır olduğunu vurğulayaraq qeyd edib: “SEPAH-ın Quru Qoşunları əməliyyatların planlaşdırılması və Ermənistanla koordinasiya ilə bağlı müəyyən edilmiş tədbirləri ən yaxşı şəkildə həyata keçirib.”
Briqada generalı Mirian bildirib: “İran İslam Respublikası və Ermənistanın birgə təlimi lazımi koordinasiya ilə ən yaxşı şəkildə keçirilir.”
Sizin rəyiniz